Gənc pianoçuların II respublika müsabiqəsi keçiriləcək.
19 Yanvar 2012 Cümə Axşamı 12:41
Müsabiqə 2 turdan ibarət olaraq və 3 yaş qrupu üzrə keçirilir.
Respublikada fortepiano ifaçılığı sənətinin inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması və dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 2012-ci ilin iyun ayında Gənc pianoçuların II respublika müsabiqəsini keçirir. Nazirliyin rəsmi saytında yerləşdirilən məlumata görə, müsabiqə 2 turdan ibarət olaraq, 9-17 yaşlı uşaq və gənclər arasında 3 yaş qrupu üzrə (I qrup: 9 -11 yaş, II qrup: 12-14 yaş, III qrup: 15-17 yaş) keçirilir.

Yaş həddi 01 iyun 2012-ci il tarixinə müəyyənləşdirilir.
Müsabiqənin I turu Bakı, Gəncə, Naxçıvan, Sumqayıt, Şəki şəhərlərində və Salyan rayonunda, II turu isə Bakı şəhərində keçirilir.
İştirakçıların çıxış proqramları və aşağıda göstərilən sənədlər 2012-ci il 01 may tarixinədək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Təhsil şöbəsinə (AZ 1009. Bakı şəhər Bəşir Səfəroğlu küç.144, tel: 594-29-10, faks: 596-64-10, e-mail: [email protected]) göndərilməlidir:

1.Ərizə
2.Doğum haqqında şəhadətnamənin surəti
3.2 ədəd rəngli foto şəkil (6x9 sm ölçüdə)

III. Müsabiqənin proqram tələbləri

I tur
1. Polifoniya
2. Etüd
3. Sonata

II tur
1.XIX əsr xarici ölkə bəstəkarının bir pyesi
2.XX əsr xarici ölkə bəstəkarının bir pyesi
3.Azərbaycan bəstəkarının bir pyesi

Təklif olunan əsərlərin siyahısı

I qrup

I tur
1. Polifoniya – İ.S.Bax Kiçik prelüd və fuqalar (I hissədən № 4, 9, 11, II hissədən № 5, 8), 2 səsli invensiyalar, fransız süitalarından (h moll, c moll) 2 rəqs və s.
2. Etüd – K.Çerni – Qermer (II dəftər), A.Bertini op.29, 32, A.Lemuan, A.Leşqorn op.66, L.Şitte op.68, A.Berens və s.
3. Sonata – M.Klementi, F.Kulau, A.Diabelli, D.Çimaroza, V.A.Motsart 6 Vyana sonatasından biri (I və ya II, III hissələr) və s.

II tur
1. XIX əsr xarici ölkə bəstəkarlarının pyesləri – E.Qriq, R.Şuman, R.Qliyer, P.İ.Çaykovski, F.Şubert və s.
2. XX əsr xarici ölkə bəstəkarlarının pyesləri – S.Prokofyev “Uşaq musiqisi”, D.Şostakoviç “Zarafat” valsı , Q.Sviridov, D.Kabalevski, B.Bartok, E.Mak-Douell və s.
3. Azərbaycan bəstəkarlarının pyesləri – T.Quliyev, F.Əmirov, Q.Qarayev, M.Mirzəyev, E.Nəzirova, A.Dadaşov və s.

II qrup

I tur
1. Polifoniya – İ.S.Bax 3 səsli invensiyalar, fransız və ingilis süitalarından 2 rəqs, “Yaxşı temperasiya olunmuş klavir”.
2. Etüd – K.Çerni op.299 (II, III, IV dəftər), op.740 seçim üzrə, M.Moşkovski, M.Klementi, F.List “Gənclik etüdləri” və s.
3. Sonata – L.V.Bethoven, V.A.Motsart, İ.Haydn (I və ya II, III hissələr) və s.

II tur
1. XIX əsr xarici ölkə bəstəkarlarının pyesləri – F.Şopen “Ekspromt”, F.Mendelson “Sözsüz mahnı”, rondo kapriçiozo, S.Raxmaninov “Polişinel”, melodiya, P.İ.Çaykovski “İlin fəsilləri”, F.List “Səyahət illəri”, K.Veber “Rəqsə dəvət” və s.
2. XX əsr xarici ölkə bəstəkarlarının pyesləri – D.Şostakoviç 3 fantastik rəqs, S.Prokofyev “Qoca nənənin nağılları”, “Ötərilər”, D.Kabalevski “Prelüdlər”, K.Debüssi “Arabeski” , “Uşaq guşəsi” və s.
3. Azərbaycan bəstəkarlarının pyesləri – Q.Qarayev prelüdlər, Z.Bağırov “Kukla tamaşası”, Ə.Əzizov, F.Əmirov 2 ekspromt, V.Adıgözəlov, T.Quliyev 2 prelüd və s.

III qrup

I tur
1.Polifoniya – İ.S.Bax “Yaxşı temperasiya olunmuş klavir”, D.Şostakoviç prelüdiya və fuqalar.
2.Etüd – K.Çerni op.740 (№44-50), M.Moşkovski, F.Şopen, F.List, S.Raxmaninov, A.Skryabin və s.
3.Sonata – İ.Haydn, V.A.Motsart, L.V.Bethoven (I və ya II, III hissələr) və s

II tur
1. XIX əsr xarici ölkə bəstəkarlarının pyesləri – F.Şopen, F.List, İ.Brams, R.Şuman və s.
2. XX əsr xarici ölkə bəstəkarlarının pyesləri – K.Debüssi, M.Ravel, S.Prokofyev, R.Şedrin və s.
3. Azərbaycan bəstəkarlarının pyesləri – Q.Qarayev “Don Kixot” simfonik qravüründən pyes, “Sarskoselo heykəli”, C.Hacıyev “Ballada”, A.Bəbirov “Prelüd-skertso”, T.Quliyev “Qaytağı” və s.

Müsabiqə qalibləri üçün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlar təsis edilmişdir.

bir I mükafat (hər qrup üzrə) – 500 manat, birinci dərəcəli diplom və müsabiqənin laureatı adı
iki II mükafat (hər qrup üzrə) – 300 manat, ikinci dərəcəli diplom və müsabiqənin laureatı adı
üç III mükafat (hər qrup üzrə) – 200 manat, üçüncü dərəcəli diplom və müsabiqənin laureatı adı
5 həvəsləndirici mükafat (hər qrup üzrə) - 100 manat və diplom

Münsiflər heyətinin qərarına əsasən müsabiqə laureatlarının müəllimlərinə, məktəblərə fəxri fərmanlar, müsabiqədə fərqlənən iştirakçılara isə tərifnamələr verilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar