Gələn həftə Xəzərin hüquqi statusuna dair işçi qrupun növbəti iclası keçiriləcək
18 Noyabr 2011 Cümə 11:38
Noyabrın 22-23-də Qazaxıstanın paytaxtı Astana şəhərində Xəzərin hüquqi statusuna dair işçi qrupun növbəti iclası keçiriləcək.
Bu barədə APA-ya Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib. İclasda 5 Xəzəryanı ölkənin xarici işlər nazirlərinin müavinləri iştirak edəcək.

Xatırladaq ki, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzərin statusunun müəyyənləşdirilməsi ilə bağlı xeyli iş görüldüyünü, lakin bir sıra ciddi məsələlərin hələ açıq qaldığını deyib. O, müzakirələrin gələn il yekunlaşa biləcəyinə ümid etdiyini bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar