Gələn həfə növbəti test imtahanı baş tutacaq
22 Dekabr 2011 Cümə Axşamı 23:04
Maliyyə Nazirliyi sığorta fəaliyyəti ilə məşğul olmaq istəyənləri sınayacaq.
Gələn həftə, dekabrın 26-da sığortaçıların növbəti test imtahanı baş tutacaq. Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 83.2.2-ci maddəsinin tələbinə, həmçinin “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları”na uyğun olaraq keçirilir.

Sənədləri DSNX-yə tam olaraq təqdim olunmuş şəxslər dekabrın 23-də səhər saat 11:00-dək Dövlət Sığorta Nəzarəti Xidməti ilə əlaqə saxlayaraq, adı, soyadı və atasının adı tam göstərilməklə imtahanda iştirak edəcəklərini təsdiq etməlidirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar