«Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gələn ay Azərbaycan və Ermənistan prezidentləri yenidən görüşə bilərlər». Problemin həllində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu həmsədrlərinin Sankt-Peterburq görüşündən sonra yaydığı birgə bəyanatda belə deyilir.
Diplomatar bəyan edir ki, son görüşdə dövlət başçıları münaqişənin həllində hələ razılaşdırılmamış elementləri nəzərdə keçirib: «Müzakirələr konstruktiv atmosferdə olub və baza prinsipləri ətrafında müsbət addımlar nəzərə çarpıb. Məhz bu müsbət irəliləyişlərlə əlaqədar prezidentlər vasitəçilərdən bu diplomatiyanı davam etdirməyi və danışıqların əsas bazası kimi götürülən Madrid sənədi çərçivəsində yeni və mühüm istiqamətin açılmasını istəyiblər». /ANS TV/