GAK sədri Dünya Türk Forumunda iştirak edəcək
20 Oktyabr 2010 Çərşənbə 16:25
Tədbirə 60 ölkədən türk dünyası və diasporlarının nümayəndələri qatılacaq.
Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Əli Babayev 20-22 oktyabr tarixində İstanbulda “Türk Şurası, türk diasporu və sosial-iqtisadi əməkdaşlıq” mövzusunda keçiriləcək Dünya Türk Forumunda iştirak edəcək. GAK-dan ANS PRESS-ə verilən məlumata görə, qrum sədri Əli Babayev “Sözdə soyqırım” mövzusunda çıxış edəcək və Gürcüstanda erməni icmasının qondarma “erməni soyqırımı”nın tanınması üçün hər il etdiyi uğursuz cəhdlərindən, bu məsələdə Gürcüstan azərbaycanlılarının mövqeyi və türk dünyasını narahat edən bütün məsələlərdə bütün dünya türklərinin həmrəyliyinin zəruriliyindən danışacaq.
Forum Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə keçiriləcək. Tədbirdə 60 ölkədən türk dünyası və diasporlarının nümayəndələri iştirak edəcəklər. Açılış mərasimində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış edəcək. Forum çərçivəsində “Qlobal və regional problemlərin türk dünyasına təsiri”, “Türk dünyasında qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin təşəkkül tapması önündəki problemlər”, “Türk mədəniyyəti” və digər mövzularda seminarlar da keçiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: