Bu gün Füzuli və Cəbrayılın işğalından 20 il ötür. Füzuli və Cəbrayıl rayonlarının işğalı ilə əlaqədar bu gün məcburi köçkünlər və şəhid ailələri Şəhidlər Xiyabanında toplaşaraq Qarabağ şəhidlərini ziyarət etdilər.
90-cı illərin əvvəllərində baş verən siyasi hakimiyyət boşluğu Qarabağın, həmçinin Füzuli və Cəbrayıl rayonlarının da işğalı ilə nəticələndi. “ 1993-cü ilin soyuğunda mən Füzuli camaatına odun gətirməklə məşğul idim, bu zaman mən 1 il idi ki, artıq məktəb direktoru təyin olunmuşdum. Mən camaata kömək etsəm də, hərbçilər məni komendant saatını pozmaq adıyla məsuliyyətə cəlb etmişdilər. Xalq Cəbhəsi batalyonlarının siyasi alveri nəticəsində Füzulinin döyüş mövqeləri boşalırdı və hərbi qü Füzuli və Cəbrayılın işğalından 20 il ötür.
Bu gün Füzuli və Cəbrayılın işğalından 20 il ötür. Füzuli və Cəbrayıl rayonlarının işğalı ilə əlaqədar bu gün məcburi köçkünlər və şəhid ailələri Şəhidlər Xiyabanında toplaşaraq Qarabağ şəhidlərini ziyarət etdilər.
90-cı illərin əvvəllərində baş verən siyasi hakimiyyət boşluğu Qarabağın, həmçinin Füzuli və Cəbrayıl rayonlarının da işğalı ilə nəticələndi. “ 1993-cü ilin soyuğunda mən Füzuli camaatına odun gətirməklə məşğul idim, bu zaman mən 1 il idi ki, artıq məktəb direktoru təyin olunmuşdum. Mən camaata kömək etsəm də, hərbçilər məni komendant saatını pozmaq adıyla məsuliyyətə cəlb etmişdilər. Xalq Cəbhəsi batalyonlarının siyasi alveri nəticəsində Füzulinin döyüş mövqeləri boşalırdı və hərbi qüvvələr Bakıya toplaşırdı. Füzuli döyüş bölgəsindəki batalyonlar arasında satqın ünsürlər döyüş tanklarının benzinini açıb-tökür və nəticədə tanklar dayanırdı.” – bunları pedaqoq, Füzuli 49 nömrəli məktəb direktoru Mətləb Quliyev bildirdi.
“1992-1993-cü illərdə Xalq Cəbhəsi iqtidarı zamanında Füzulinin boşaldılması məqsədiylə Füzulinin mərkəzi və ətraf kəndləri Müdafiə Nazirliyinin xüsusi hərbi-qırıcı təyyarələri tərəfindən 7 dəfə atəşə tutulmuş və bu zaman mülki vətəndaşlar həlak olmuşlar.”- bu sözləri Füzulidən olan məcburi köçkün, 9 saylı orta məktəbin müəllimi Etibar Novruzov deyir.
Füzuli sakinləri rayonun döyüşsüz verilməsi ilə razı deyillər. 54 nömrəli məktəbin müəllimi Cəfərov Eynur bildirir ki, Qarabağ savaşında hərbçilər arasında özbaşınalıq var idi , amma lokal döyüşlər, yəni kəndlərdə erməni işğalına qarşı müdafiə tədbirləri olurdu. Füzuli rayonu döyüşlərdə 1500 şəhid vermiş və rayonun 8 milli qəhrəmanı var.
Keçmiş 884 nömrəli batalyon döyüşçüsü Xankişiyev Rafail bildirir ki, 1993-cü ilin avqustunda Füzuli rayon polis idarəsinin rəis müavini Binnət Məmmədov döyüşçülərin müəyyən hissəsi geri çəkilərkən onları ruhlandırmış və ana torpağı qorumağa çağırırdı.
Cəbrayıl sakinləri də öz şəhid yaxınlarını bu gün Şəhidlər Xiyabanında ziyarət etdilər. Cəbrayıldan olan məcburi köçkün Yaqub Qasımov öz şəhid oğlu və qardaşı oğlu haqda anspressə danışdı. –“ Mənim qardaşım oğlu Cəbrayıl döyüş bölgəsində rota komandiri olub. O, döyüş zamanı 1992-ci il 27 iyulda düşmən muzdlu olan zənci əsgərin başını kəsmiş, elə o zaman erməni qəsbkarları tərəfindən şəhid edildi. Mənim oğlum isə 48 gün sonra 1992-ci il avqustda şəhid oldu.”
Cəbrayıldan olan digər məcburi köçkün ailəsi şəhid Rüstəmov Məhəmmədin adının əbədiləşdirilməsini rəsmi orqanlardan rica edirlər. “Heç olmasa onun şərəfinə küçə adı verilsin, hər hansı bir şəkildə adı əbədiləşsin, çünki o, vətən uğrunda şəhid olub.” – bu sözləri şəhid ailəsi deyir.