Fuad Ələsgərov: “Danışıqlar sonsuz davam edə bilməz”
01 Mart 2011 Çərşənbə Axşamı 00:41
Fuad Ələsgərov: “Onlar nəticə verməsə, biz torpaqlarımızın azad edilməsi üçün bütün vasitələrdən istifadə edəcəyik”.
“Sumqayıt hadisələri, Xocalı faciəsi, ümumilikdə Dağlı Qarabağ münaqişəsi, onun səbəbləri və xalqımız üçün ağır nəticələri barədə məlumatların beynəlxalq ictimaiyyətə çatdırılması münaqişənin ədalətli həlli üçün vacib şərtlərdən biridir”. Bunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan problemin danışıq yolu ilə beynəlxalq hüquq prinsipləri əsasında ölkəmizin ərazi bütövlüyü çərçivəsində nizamlanmasının tərəfdarıdır: “Biz bunun üçün bütün zəruri tədbirlər görürük, Minsk qrupu formatında beynəlxalq vasitəçilər, beynəlxalq və regional təhlükəsizlik məsələləri ilə məşğul olan digər beynəlxalq qurumlarla əməkdaşlıq edirik. Lakin sülh prosesi yalnız o halda səmərə verə bilər ki, prosesin iştirakçılarının hərəkətləri və qərarları həqiqi məlumatlara əsaslansın. Bu səbəbdən erməni tərəfinin yaydığı uydurmalar və əsassız iddialar sülh prosesi üçün ancaq və ancaq əngəllər törədir və onun effektivliyini böyük şübhə altında qoyur. Danışıqlar sonsuz davam edə bilməz, onlar nəticə verməsələr, biz torpaqlarımızın azad edilməsi üçün bütün vasitələrdən istifadə edəcəyik. Əminəm ki, biz bütün cəbhələrdə, o cümlədən informasiya müharibəsində də qələbə qazanacağıq”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar