“Freedom House” səhvini düzəldərək Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi göstərib
2009-cu il “Dünyanın Azadlıq Xəritəsi”ndə Dağlıq Qarabağın Azərbaycan və Ermənistan tərəfindən müştərək idarə olunan ərazi kimi qeyd olunmasına Azərbaycan ictimaiyyətinin etirazından sonra “Freeodm House” səhvini qismən düzəldib.
APA-nın Vaşinqton müxbirinin məlumatına görə, təşkilat yeni dərc olunan xəritədə Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi göstərib.
“Freedom House” təşkilatının nümayəndəsi APA-nın Vaşinqton müxbirinə bildirib ki, təşkilat heç vaxt Dağlıq Qarabağı müstəqil tərəf kimi tanımayıb.
Buna baxmayaraq, Freedom House 2010-cu il hesabatında Dağlıq Qarabağı “qismən azad” kimi göstərib.
“Freedom House”ın tərtib etdiyi yeni xəritəni aşağidakı ünvanda tapmaq olar:
http://www.freedomhouse.org/uploads /fiw10/FIW_2010_Map_CEE-FSU.pdf
APA