Fransız senatoru Sarkoziyə xəbərdarlıq etdi
24 Dekabr 2011 Şənbə 17:04
"Dağlıq Qarabağ xalqları haqlarını Fransadan tələb edəcəklər".
Fransa Senatının üzvü Natali Qule Fransa parlamentinin dekabrın 22-də qondarma erməni soyqırımı haqqında qəbul etdiyi qərarla bağlı ölkə prezidenti Nikola Sarkoziyə xəbərdarlıq edib. ANS PRESS-in CNN Türk-ə istinadla verdiyi məlumata görə, Orne senatoru və NATO Parlament Assamableyasının üzvü olan Qule yazılı açıqlama yayıb. Açıqlamasında o, günahı keçmişdə axtarmağın təhlükəli olduğunu deyib.

"Bu gün Türkiyə bizə cavab verir və Əl-Cəzairdəki keçmişimizi xatırladır. Gələcəkdə, Qəzza və Dağlıq Qarabağ xalqları, kürdlər, iraqlılar, əlcazairlilər, Əlcazair savaşı zamanı fransız ordusunda xidmət edən əlcazairlilər Fransaya gələrək, tarixin onlara vermədiyi və ya hələlik tanınmayan haqlarını Fransada axtarmaq istəyəcəklər. Senatın bu yalnış gedişə bir son verib, tarixçilərin işlərini görmələrinə imkan yaradacağına ümid edirik".

Senator həm Türkiyə, həm də Ermənistanın dostu olan Fransanın tərəfləri bu tarixi anlaşılmazlığı həll etmək məsələsində baş başa buraxmasının daha uyğun olduğunu deyib. "Fransız hüququ 1915-ci ildə soyqırımı tanıyıb və Türkiyə bu məsələləri araşdırmaq üçün beynəlxalq mütəxəssislər komissiyası qurmağı qəbul edib. Prezident tərəfindən verilən bu söz hamımızın böhranla mübarizəyə ehtiyac duyduğumuz bir dövrdə türk dostlarımızı və türk əsilli fransız vətəndaşlarını haqsız olaraq yaralayıb. Türkiyə 100 "Airbus" təyyarəsi sifarişindən imtina etdikdə prezident nə deyəcək?".


DOSTLARINLA PAYLAŞ:

oyunlar