Fransanın yeni prezidenti Azərbaycana nə vəd edir?
22 Aprel 2012 Bazar 19:46
Elxan Şahinoğlu: “Fransadakı seçkilərdən sonra Parisin Cənubi Qafqazla bağlı siyasətində ciddi dəyişiklik gözlənilmir”.
Məlum olduğu kimi, Fransa xalqı bu gün özünə yeni prezident seçir. Gərgin keçən seçkiqabağı təşviqat kampaniyasından sonra, son sorğulara əsasən sosialistlərin namizədi Fransua Olland növbəti dəfə namizədliyini irəli sürmüş hazırki prezident Nikolya Sarkozi ilə müqayisədə qələbəyə daha şanslıdır. Bununla belə, ekspertlər namizədlər arasında səs fərqinin az olduğundan Fransanın yeni prezidentini seçmək üçün ikinci tura ehtiyac duyulacağını da istisna etmirlər

Bəs yeni Fransa prezidenti ümumilikdə Cənubi Qafqaz regionuna, xüsusilə Azərbaycana nə vəd edir? Sübuta ehtiyacı olmayan bir faktdır ki, hazırki prezident Sarkozi ermənipərəstdir. Son olaraq qondarma erməni soyqırımı haqda sənədi ciddi cəhdlə ortaya atması ilə o, bunu bir daha sübut etdi. Eskpertlər təəssüflə bildirirlər ki, digər namizəd, sosialist Fransua Olland da bu sahədə Sarkozidən elə də ciddi fərqlənmir .

Bu məısələ ilə bağlı ANS-ə münasibət bildirən siyasi müşahidəçi Elxan Şahinoğlu bildirib ki, Sarkozi ermənilərə şirikləndirici vədlər verib və deyib ki, əgər prezident seçilərsə, Fransa parlamentində qəbul olunan, amma ölkənin Konstitusiya Şurasında rədd edilən “erməni soyqırımı”nın inkarına görə cəza qanununu yenidən gündəmə gətirəcək.

E. Şahinoğlunun sözlərinə görə, Sarkozi bu gün bu səslərə ümid edir: “Amma Nikolya Sarkozinin digər namizədlərdən fərqi ondadır ki, o, Cənubi Qafqazdakı məsələlərə ümumlikdə maraq göstərir. Xatırlayırsınızsa, Rusiya ilə Gürcüstan savaşında o irəli çıxdı və bu savaşda vasitəçi olaraq atəşkəsə nail oldu”.

Ekspert düşünmür ki, Fransa Sosialistlər Partiyasının təmsilçisi bu seçkilərdə prezident seçilsə, Nikolya Sarkozi qədər bu məsələlərə fəallıq göstərəcək: “Fransadakı seçkilərdən sonra Parisin Cənubi Qafqazla bağlı siyasətində ciddi dəyişiklik gözlənilmir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar