Fransanın ATƏT-in Minsk qrupunda qalması məsələsinə baxılacaq
30 Yanvar 2012 Bazar Ertəsi 18:25
Türkiyənin Azərbaycandakı səfirinin sözlərinə görə, Fransanın vasitəçilikdən çıxmasını gözləmək lazımdır.
Fransanın ATƏT-in Minsk qrupundan çıxmasını gözləmək lazımdır. ANS PRESS-in Trend-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç jurnalistlərə açıqlamasında bildirib.

Fransanın bu məsələdə etimadsızlığının ortaya çıxdığını deyən səfirin sözlərinə görə, Fransanın ATƏT-in Minsk qrupunun tərkibində qalması məsələsinə baxılacaq.

"Artıq Azərbaycanda Fransaya qarşı etibarsızlığı nümayiş etdirən açıq bəyanatlar səsləndirildi. Fransanın bundan özü üçün dərs çıxarmasını gözləyirik", - deyə diplomat vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar