Fransalı senatorlardan Azərbaycana hörmətsizlik
28 May 2013 Çərşənbə Axşamı 10:21
Fransa Senatının 3 üzvü Xankəndinə səfər edib.
Ötən gün Fransa Senatının 3 üzvü – Xarici əlaqələr komissiyasının üzvü, Fransa – Ermənistan dostluq qrupunun rəhbəri Fransua Loşbluana, Seçki hüquqları və Ümumi idarə komissiyası sədrinin müavini Bernard Sauqey və İctimai işlər komissiyasının üzvü Anri Reinkurt rəsmi Bakının icazəsi olmadan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər ediblər. Səfər çərçivəsində fransız senatlar separatçı Qarabağ rejiminin spikeri Aşot Qulyanın qəbulunda olublar.
DOSTLARINLA PAYLAŞ: