Fransada azərbaycanlıların etiraz aksiyası başlayıb
11 Dekabr 2009 Cümə 14:35
Aksiya "Euronews" telekanalının baş ofisinin qarşısında keçirilir
Təqribən yarım saat bundan əvvəl yerli vaxtla saat 11.00-da (Bakı vaxtilə saat 14.00) Fransanın Lion şəhərində "Euronews" telekanalının baş ofisinin qarşısında azərbaycanlıların etiraz aksiyası başlayıb.
Bu barədə ANS PRESS-ə aksiyada iştirak edən azərbaycanlılardan biri Aydın Məmmədov məlumat verib.
Onun sözlərinə görə, aksiyada 50-ə yaxın adam iştirak edir. Aksiyaya Fransada yaşayan və təhsil alan azərbaycanlılar qatılıb.
Xatırladaq ki, "Euronews" telekanalının əməkdaşları rəsmi Bakının icazəsi olmadan separatçı Dağlıq Qarabağa səfər edərək, Dağlıq Qarabağ münaqişəsi barədə birtərəfli reportaj hazırlamışdılar. Videomaterialda bir neçə dəfə “DQR”in müstəqil olması ilə bağlı xatırlatma verilib. Hətta separatçı rejimin rəhbəri Bako Saakyan Dağlıq Qarabağın prezidenti kimi təqdim olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: