Fransa təyyarələri Liviya səmasında
19 Mart 2011 Şənbə 19:28
“Rafal” qırıcı təyyarələri Liviya ərazisində kəşfiyyat xarakterli uçuş həyata keçirib
Fransanın “Rafal” qırıcı təyyarələri Liviya ərazisində kəşfiyyat xarakterli uçuş həyata keçirib. Məlumatı "RİA Novosti" informasiya Agentliyi Fransa kütləvi informasiya vasitələrinə istinadən verir. Həmin mənbələrin məlumatına görə, qırıcılar bütün Liviya ərazisi üzərindən uçur. Xüsusən, Fransa təyyarələri Benqazi səmasında görünüb.
Qeyd edək ki, hazırda Parisdə Avropa İttifaqı, ABŞ, Birləşmiş Millətlər Təşkilatı və Ərəb ölkələri Liqasının nümayəndələri fövqəladə iclas keçirir. İclasın yekunlarına görə, Müəmmar Qəddafi qüvvələrinə hava zərbələrinin endirilməsi barədə qərar qəbul edilə bilər.
DOSTLARINLA PAYLAŞ: