Fransa prezidenti Azərbaycana oktyabrın 7-də gələcək
01 Oktyabr 2011 Şənbə 10:30
Fransa prezidenti Nikolya Sarkozi oktyabrın 7-də Azərbaycana rəsmi səfərə gələcək.
APA-nın Fransa prezidentinin mətbuat xidmətinə istinadən xəbərinə görə, N.Sarkozinin Cənubi Qafqaza səfəri oktyabrın 6-da başlayacaq. O, əvvəlcə Ermənistana, oktyabrın 7-də isə Azərbaycana və Gürcüstana səfər edəcək.
Cənubi Qafqaza səfəri çərçivəsində Fransa prezidentinin region ölkələrinin liderləri ilə ikitərəfli münasibətlərin inkişafını, regional məsələləri, Cənubi Qafqazdakı münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin nizamlanmasını müzakirə edəcəyi gözlənilir. APA
DOSTLARINLA PAYLAŞ: