Fransa: Liviyadakı əməliyyət həftələrlə davam edə bilər
25 Mart 2011 Cümə 02:49
“Liviyadakı əməliyyat neftlə bağlı deyil”
“Liviya lideri Müammər Qəddafi rejiminə qarşı beynəlxaq hərbi əməliyyat bir neçə gün, həttə həftələrlə davam edə bilər. Amma aylarla yox”. Bunu Fransanın xarici işlər naziri Alen Jüppe bəyan edib. O bildirib ki, Liviyada baş verən hadisələr “Suriya və Səudiyyə Ərəbistanı da daxil olmaqla bölgədəki digər avtoritar rejimlər üçün xəbərdarlıq olmadır”.

Alen Juppe Liviyaya qarşı əməliyyatın məqsədinin Qərbin bu ölkənin nefti üzərində nəzarətinin təmin edilməsinin olduğu barədə iddiaları təkzib edib. “Liviyadakı hadisələrin neftlə bağlı olması həqiqət deyil. Bizi müdaxiləyə neft vadar etməyib”, - deyə fransalı nazir bildirib.

Alen Jüppe Avropa Birliyinin sammitinin keçirildiyi Brüsseldədir. Sammitin gündəliyindəki məsələlərdən biri də Liviyadakı vəziyyətdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar