Fransa erməni soyqırımına şübhə edir
19 Noyabr 2011 Şənbə 14:13
Bu ölkənin xarici işlər naziri 1915-ci il hadisələrinin araşdırılmasının tərəfdarıdır.
Fransa 1915-ci il hadisələrinə tarixi qiymət baxımından türk-erməni müzakirəsini təşkil etməyə hazırdır. Bunu Fransanın xarici işlər naziri Alen Jüpe Türkiyənin paytaxtı Ankara şəhərinə səfəri zamanı deyib. ANS PRESS-in “Anadolu” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, Alen Jüpe türkiyəli həmkarı Əhməd Davudoğlu ilə birgə təşkil etdiyi mətbuat konfransında bütün böyük dövlətlərin öz tarixlərini öyrənmək baxımından işlər apardıqlarını bildirib.
“1915-ci il hadisələri həm Türkiyə, həm də Ermənistan üçün çətin dövr olub. Bu dövrü tarixi komissiya araşdıra bilər. Mənim dövlətim iki tərəf arasında görüşü təşkil edə bilər”, - deyə Alen Jüpe bildirib.
Xatırladaq ki, Türkiyə tərəfinin 1915-ci il tarixi hadisələrini araşdırmaq üçün komissiya yaratmaq təklifini Fransa prezidenti Nikola Sarkozi dəstəkləmişdi. Bu məsələ ilə bağlı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistan prezidenti Serj Sarkisyana məktub da ünvanlayıb.
DOSTLARINLA PAYLAŞ: