Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Ukraynanın Azərbaycandakı səfirini qəbul edib
26 Yanvar 2012 Cümə Axşamı 11:48
Azərbaycanın fövqəladə hallar naziri, general polkovnik Kəmaləddin Heydərov Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Aleksandr Mişenkonu qəbul edib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, görüş zamanı nazir FHN və onun qurumları, eyni zamanda, nazirlik tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
K. Heydərov, həmçinin fövqəladə halların idarə edilməsi sahəsində zəngin təcrübəyə malik dövlətlərin müvafiq qurumları ilə, habelə beynəlxalq və regional təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb.
Öz növbəsində, səfir səmimi qəbula görə təşəkkürünü bildirib və hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulayıb.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin təşkili və digər məsələlər də müzakirə olunub.
DOSTLARINLA PAYLAŞ: