Forbes jurnalı ən gözəl şəhərlər reytiniqi
28 Yanvar 2010 Cümə Axşamı 16:40
Amerikanın nüfuzlu “Forbes” jurnalı şəhər planlaşması, arxitektura və sabit inkişaf üzrə mütəxəssislər arasında sorğu keçirərək, onlardan dünyanın ən gözəl şəhərlərinin adını çəkməyi xahiş edib.
APA-nın məlumatına görə, jurnal artıq sorğunun nəticələrini açıqlayıb. Respondentlərin əksəriyyəti dünyanın ən gözəl şəhərinin Paris olduğunu iddia ediblər. Parisin ən populyar yerləri Eyfel qülləsi, Yelisey sarayı və Böyük Saray hesab olunur. Bundan başqa dünyanın ən məşhur otellərindən Rtiz də Parisdə yerləşir. Versal sarayının tikmiş arxitektorların ucaltdığı bu otel artıq yüz ilə yaxındır öz əfsanəvi xidmət səviyyəsi ilə məşhurdur.

Mütəxəssislər dünyanın ən gözəl şəhərləri sırasında növbəti yerlərə Vankuver, Sidney, Florensiya, Venesiya, Keyptaun, San-Fransisko, Çikaqo, Nyu York, London və Tokionu layiq görüblər.

Xatırladaq ki, bundan əvvəl Amerikanın Intelligent Community Forum təşkilatı informasiya texnologiyaları ən yüksək inkişaf etmiş şəhərlərin reytinqini dərc edib. 2009-cu ildə bu kateqoriya üzrə ilk “yeddiliyə” Bristol (ABŞ, Virciniya ştatı), Eyndhoven (Hollandiya), Frederikton (Kanada), İssi-le-Mulino (Fransa), Monkton (Kanada), Stokholm (İsveç) və Tallinn (Estoniya) daxildir. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar