Forbes dünya milyarderlərinin siyahısını hazırladı
06 Avqust 2011 Şənbə 12:58
Forbes dünya milyarderlərinin siyahısını hazırladı. Meksikalı Karlos Slim ötən ayla müqayisədə səkkiz milyard dollar itirib.
Dünyanın məşhur maliyyə nəşrlərindən olan "Forbes" dünya milyarderlərinin növbəti siyahısını açıqlayıb. ANS PRESS-in məlumatına görə, siyahının zirvəsində yer alan meksikalı sahibkar Karlos Slimin varidatı ötən ayla müqayisədə səkkiz milyard dollar azalıb.

Buna səbəb ona məxsus olan “America Movil” telekommunikasiya şirkətinin səhmlərinin 6,9 faiz düşməsi olub. İndi meksikalı milyarderin şəxsi büdcəsi 63 milyard dolar təşkil edir. "Forbes"in reytinq siyahısının ikinci və üçüncü pillələrində qərarlaşmış Bill Qeyts və Uorren Baffetin də varidatının həcmində azalma müşahidə edilib.

Belə ki, Qeytsin korparasiyası “Microsoft”un səhmləri 5,3 faiz, Baffetin sığorta-infestisiya şirkəti olan “Berkshire Hathaway”ın isə səhmləri 4,3 faiz ucuzlaşıb. Ancaq bütün bunlara baxmayaraq dünyanın öndə gələn milyardləri yenə də mövqelərini qorumağa müvəffəq olublar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar