FHN zəlzələ ilə əlaqədar Zaqatalaya əlavə qüvvələr göndərib
19 May 2012 Şənbə 11:05
Ehtiyacı olan əhali çadır və lazımi təlabat malları ilə təmin olunacaq.
Fövqəladə Hallar Nazirliyi zəlzələ bölgəsinə əlavə qüvvələr göndərib. ANS PRESS-in FHN-nin rəsmi saytına istinadla verdiyi məlumata görə, 18 may tarixində Bakı vaxtı ilə saat 19:46-da Zaqatala rayonundan 15 km cənubda qeydə alınmış zəlzələ ilə əlaqədar bölgəyə Fövqəladə Hallar Nazirliyinin əlavə qüvvələri göndərilib. Ehtiyacı olan əhali çadır və lazımi təlabat malları ilə təmin olunacaq.
Qeyd edək ki, ötən gün axşam saatlarında da Zaqatalada güclü zəlzələ baş verib. Yeraltı təkanların episentrdə (12 ballıq cədvəl üzrə) 6 bal, Zaqatalada və ocağa yaxın məntəqələrdə 5 və 4 bal gücündə hiss olunub. Bu gün səhər isə Zaqatalada daha iki yeraltı təkan qeydə alınıb.
DOSTLARINLA PAYLAŞ: