FHN sellə bağlı rəsmi məlumat yayıb
11 May 2010 Çərşənbə Axşamı 14:30
Hazırda bəndbərkitmə işləri davam etdirilir.
Sabirabad rayonunda baş verən sel fəlakəti ziyan vurmaqda davam edir. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Sabirabad rayonunun Mürsəlli kəndi yaxınlığında Kür çayı sahilində bəndin bir hissəsinin dağılması nəticəsində rayonun Mürsəlli, Ulacalı, Şıxlar və Bulduq kəndlərinin bəzi əraziləri daşqın suları ilə dolub.

Gecə saatlarında hadisə rayonlarına cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların əlavə qüvvə və texnikasının köməkliyi ilə bəndbərkitmə işləri aparılıb və qeyd olunan kəndlərin sakinləri təxliyyə edilib.

Hazırda vurğulanan ərazilərdə bəndbərkitmə işləri davam etdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar