FHN daha 22 nəfəri helikopterlə xilas etdi
25 May 2010 Çərşənbə Axşamı 17:55
Son bir neçə saat ərzində xilas edilənlərin sayı 55 nəfərə çatdı.
Bu gün sel bölgəsindən daha 22 nəfər xilas edilib. Fövqəladə Hallar Nazirliyindən rəsmi saytında yerləşdirilən məlumata görə, mayın 24-də "Sarısu" gölündə bəndin yuyulması nəticəsində daşqın suları altında qalmış yaxınlıqdakı kəndlərdə təxliyyədən imtina etmiş daha 22 kənd sakini Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin qayıqları və Nazirliyin Aviasiya dəstəsinin helikopteri vasitəsilə xilas edilib.

Bununla da son bir neçə saat ərzində həmin ərazilərdə 55 nəfər xilas edilib. Hazırda hadisə yerində xilasetmə işləri davam etdirilir.
ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar