FHN 18 yaşlı gənci boğulmaqdan xilas edib
31 May 2012 Cümə Axşamı 10:08
1994-cü il təvəllüdlü şəxs Xəzərdə çimərkən batmaqla üzləşib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri Bakı şəhəri Qaradağ rayonunda 1994-cü il təvəllüdlü 1 nəfər dənizdə boğulmaqdan xilas ediblər.
ANS PRESS FHN-ə istinadən bildirir ki, 18 yaşlı gənc xilasetmə məntəqəsinin ərazisində çimərkən batmaq təhlükəsi ilə üzləşib. Əməliyyat saat 16:37-də başa çatıb.
DOSTLARINLA PAYLAŞ: