Fələstinin YUNESKO-ya seçilməsi kimləri qısqandırır?
01 Noyabr 2011 Çərşənbə Axşamı 22:39
Politoloq Ərəstun Oruclu Birləşmiş Ştatların qurumu korrupsiyada ittiham edəcəyini istisna etmir.
Fələstinin YUNESKO-ya üzv seçilməsi təşkilatın əksər üzvləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu qərara YUNESKO-nun 107 üzvü lehinə, ABŞ, İsrail daxil olmaqla 14 ölkə isə əleyhinə səs verib.

Fələstinin Azərbaycandakı səfiri Naser Abdul Karem Rahem ANS-ə müsahibəsində ölkəsinin YUNESKO-ya üzv seçilməsini böyük qələbə adlandırıb və bunun əhəmiyyəti barədə danışıb. “Mən ümid edirəm ki, bu qərar iki məsələ ilə bağlı ilk addım olacaq. Birincisi, Fələstin irsinin müdafiəsi mümkün olacaq. Bizim əvvəllər öz irsimizi dünya irsi kimi təqdim etmək imkanımız olmayıb. İkincisi isə mən ümüdvaram ki, bu qərar noyabrın 11-dək BMT TŞ-da Fələstinin BMT-yə üzvlük ərizəsinə dair səsvermədə Fələstinin tamhüquqlu üzv omasına bir rəvac verəcək”, - deyə səfir bildirib.

Siyasi ekspert Ərəstun Oruclu isə Birləşmiş Ştatların YUNESKO-nu korrupsiyada ittiham edəcəyini istisna etmir. Onun sözlərinə görə, ABŞ BMT-nin sabiq baş katibi Kofi Annanın dövründə BMT-nin vəsaitlərinin xərclənməsi ilə bağlı belə ittihamlar irəli sürülüb.

Ə. Oruclu bildirib ki, BMT-nin büdcə vəsaitlərin səmərəli xərclənməməsi BMT-nin və onun digər qurumları, YUNESKO da daxil olmaqla, mütəmadi olaraq müxtəlif borclara girirlər və onlara daxil olan vəsaitlərin artıq xərcləyirlər: “Bunu araşdırmaqla müəyyən faktlar tapa bilərlər”.

YUNESKO-ya üzvlük məsələsinə kəskin etiraz edən İsrail isə Fələstinin bu təşkilatda mandat əldə etməsini faciə kimi qiymətləndirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar