Fələstin-İsrail münaqişəsinin xronologiyası
03 İyun 2010 Cümə Axşamı 05:15
İsrail dövləti élan edildikdən sonra ərəblərlə yəhudilər arasında müxtəlif vaxtlarda müharibələr baş verdi.
Yaxın Şərqdə 1948-ci ildə İsrail dövlətinin yaradılması ilə başlayan 50 illik müharibə bütün sülh səyləri və atəşkəs müqavilələrinə baxmayaraq bitmək bilmədi.

İsrail dövlətinin yaradılması
İsrail dövlətinin yaradılması prosesi 1897-ci ildə Tedor Herzlin İsveçrədə I Dünya Sionist qurultayını çağırması ilə başladı. Başda İngiltərə olmaqla Qərb ölkələri Fələstin torpaqlarında İsrail dövlətinin yaradılmasına dəstək verdi.

1947-ci il noyabrın 29-da BMT Fələstin torpaqlarının 56 faizinin 650 min nəfərlik Yəhudi xalqına, 44 faizinin isə 1 milyon 300 min nəfərlik Fələstin əhalisinə verilməsi və Qüdsün Beynəlxalq statusa sahib bufer zona olması barədə planı təsdiqlədi. 1948-ci il mayın14 -də isə İsrail dövlətinin yaradılması rəsmən elan edildi.

Ərəb-İsrail münaqişəsi
İsrail dövləti élan edildikdən sonra ərəblərlə yəhudilər arasında müxtəlif vaxtlarda (1956, 1967 və 1973-cü illərdə) müharibələr baş verdi.

1948: İsrail dövləti yaradıldıqdan sonra Misir, İordaniya, İraq, Suriya və Livandan gələn ərəb qüvvələri Fələstinin yəhudilərə verilməyən Cənub və Şərq bölgələrini işğal etti, Köhnə Qüdsü ələ keçirdi. Fevral-iyul aylarında isə müxtəlif atəşkəs müqavilələri imzalandı.

1956-Süveyş Böhranı: Misir lideri Camal Abdunnasirin Süveyş kanalını mənimsəməsi ilə başlayan böhrandan sonra İsrail Sina yarmıadasına daxil oldu. 5 gün ərzində Qəzza, Refah və Əl Ərişi ələ keçirdi, kanalın Şərqini işğal etti. Dekabr ayında BMT sülhməramlıları bölgəyə yerləşdi və 1957-ci ildə İsrail bölgəni tərk etti.

1967: 6-Gün Müharibəsi: Ərəb-İsrail hərbi qüvvələri arasında 5-10 iyun tarixdə 3-cü dəfə qarşıdurma yarandı. Ərəblər Köhnə Qüds, Sina, Qəzza Zolağı, İordan çayının Qərb sahillərini və İsrail-Suriya sərhəddindəki Qolan yüksəkliklərini itirdilər.

1973: Yəhudilərin müqəddəs günü “Yom Kipur”a təsadüf edən 6 oktyabrda Misir Süveyş kanalından, Suriya isə Qolan yüksəkliklərindən İsrailə hücum etti. İsrail və Misir əvvəl atəşkəs, sonra isə 1974-cü ildə sülh müqaviləsi imzaladı. Eyni ildə İsrail ilə Suriya arasında da atəşkəs təmin olundu. Bölgəyə BMT-nin sülhməramlıları yerləşdirildi.

1979 Camp David: İsrail 1979-cu ildə Sina yarımadasından geri çəkilməyi qəbul edərək Misir ilə “Camp David” (Kemp Devid) müqaviləsini imzaladı. Bununla da İsrail ilk dəfə olaraq bir ərəb dövləti ilə sülh müqaviləsi bağlamış oldu.

1980: Bu il İsrail Qüdsü paytaxt elan etti.

1982: İsrail Fələstin Azadlıq Təşkialtı (FAT) düşərgələrinin yerləşdiyi Cənubi Livanı bombardman edərək işğal etməyə başladı. FAT beynəlxalq həqbi qüvvələrin nəzarəti altında bölgədən ayrıldı, fələstinlilər qaçqın düşərgələrinə göndərildi.

1987: Fələstinlilərin “İntifada” adlı xalq hərəkatı başladı və 1992-ci ilə qədər davam etti.

15 noyabr 1988: Əlcəzairdə toplanan Fələstin Milli Şurası müstəqil Fələstin dövltini elan etti.

Fələstin idarəçiliyi və bitməyən zorakılıq
Yaxın Şərqdə İsrail dövlətinin yaradılması ilə başlayan 50 illik müharibə axırıncı 10 ildə bir çox sülh müzakirələri və atəşkəs səylərinə şahid oldu.

Oslo və Fələstin muxtariyyəti
1993 Oslo Müqaviləsi: 1993-cü il sentyabrın 13-də Norveçin paytaxtı Osloda İsrail ilə FAT, Qəzza Zolağı və İordan çayının Qərb sahilinin bəzi bölgələrinə muxtariyyət tanıyan ilk geniş əhatəli sülh müqaviləsini imzaladı.

1991-ci il İspaniyanın paytaxtı Madriddə başladılan sülh prosesi, Oslodakı gizli görüşlər və ABŞ hökumətinin dəstəyi ilə həyata keçirildi.

14 May 1994: Muxtariyyət müqaviləsinin geniş planı Misirin paytaxtı Qahirədə imzalandı. Qəzza ilə İordan çayının Qərb sahilindəki Əriha (Jericho) Fələstinin ilk muxtar bölgələri oldu.

28 sentyabr 1995: ABŞ-n paytaxtı Vaşinqtonda, bir çox yaşayış massivinin Fələstin Muxtariyyatının İdarəşiliyinə verilməsini ehtiva edən geniş muxtariyyət müqaviləsi imzalandı.

4 Noyabr 1995: Radikal millətçi bir yəhudi Tel-Əvivdə keçirilən sülh mitinqində Fəhlıə Partiyasının lideri, baş nazir İsak Rabini öldürdü.

Nobel Sülh mükafatını İsak Rabin və Fələstin dövlətinin lideri Yasir Ərafatla birlikdə alan Şimon Peres İsrailin baş naziri oldu.

Mart 1997: İsrail hökumətinin, 3 səmavi dinin ən müqəddəs məkanlarından olan, Qüdsün əsasən müsəlman ərəblərin yaşadığı şərq qismində yeni yaşayış massivlərinin tikintisinə başlaması ilə Fələstin Muxtar İdarəsi daimi sülh müqaviləsi yolunda aparılmağa çalışılan mübahisələri dayandırdı.

WYE, Şarm əş Şeyx müqavilələri
23 oktyabr 1998: İsrail ilə Fləstin liderləri, ABŞ-Vaşinqton yaxınlığında, Maryland əyalətindəki “Wye Plantation” və ya “Wye River” müqaviləsini imzaladılar. Müqavilə, İordan çayının Qərb sahilində həyata keçirilmək üzrə “müvəqqəti xarakterli” sülh üçün torpaq verilməsini irəli sürürdü.

4 sentyabr 1999 Şarm əş Şeyx: İsrailin baş naziri Ehud Barakla Yasir Ərafat arasında yenidən dövrün sülh müzakirələrini başlandı. 13 sentyabra qədər ətraflı bir sülh müqaviləsinin hazırlanması və 1 ilə qədər bu müqavilənin imzalanması prinsipi qəbul edildi. Həmçinin İsrail əsgərlərinin geri çəkilmə tarixi müəyyənləşdi və Fələstinə liman tikmə haqqı verildi.

İsrail və Fələstin rəsmiləri təhlükəsizlik problemləriylə əlaqədar məlumat mübadiləsi mövzusunda əməkdaşlıq etməyi qəbul etti.

9 Mart 2000: Ehud Barak və Yasir Ərafat Misirin Şarm əş Şeyx şəhərində görüşərək sülh müzakirələri üçün yeni tarix müəyyənləşdirdi.

20 İyun 2000: Ehud Barak və Yasir Ərafat “Camp David”də ABŞ prezidenti Bill Klintonun müşahidəçiliyi ilə 9 günlük qapalı zirvə toplantısı keçirdilər. Görüşün nəticəsi olmasa da hər iki lider bu stiqamətdə görüşlərinin davam edəcəyini bildirdilər.

2-ci “İntifada” və atəşkəs planları
28 sentyabr 2000 2-ci “İntifada”: İsrailin müxalifətdə olan keçmiş hərbçi və siyasətçisi Ariel Şaronun Qüdsdə müqəddəs “Hərəmi Şərif”i ziyarət etməsi ilə 2-ci Fələstin “İntifada”sı başladı.

17 Oktyabr 2000: Yasir Ərafat və Ehud Barak ABŞ prezidenti Bill Klintonun vasitəçiliyi ilə Misirdə keçirilən Şarm əş Şeyx sammitində atəşkəs qərarı qəbul etti. Bu qərara riayət olunmadı.

Noyabr 2000: Bill Klinton tərəfindən Şarm əş Şeyx sammitində “Yaxın Şərq” araşdırma komissiyası yaradıldı. Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl, Avropa Birliyinin Ali nümayəndəsi Havier Solana, amerikalı keçmiş senator Warren Rudman və Norveç xarici işlər naziri Torbjörn Jaglandın üzv olduğu komissiyanın sədrliyinə amerikalı senator Corc Mitchell sədr təyin edildi.

23 Dekabr 2000: Vaşinqton “Bollard” hərbi bazasında Fələstin və İsrail heyətləri arasında keçirilən müzakirə nəticəsiz qaldı. Prezident Klinton Qüdsün şərq qisminin idarəsinin Fələstin Muxtariyyətində olmasını, bunun əvəzinə İordaniya, Livan və Suriyada olan 3.5 milyon fələstinli qaçqının vətənlərinə qayıtmaqdan öz istəkləri ilə vaz keçməsini tələb edən planı tərəflərə təqdim etti.

27 Yanvar 2000: Fələstin və israillilərin Misirin Taba şəhərində keçirdikləri görüşün nəticəsində sülh müqaviləsi imzalama səyləri boşa çıxdı.

4 May 2001: 'Mitchell” komissiyası kimi bilinən “Yaxın Şərq” komissiyası tərəfindən hazırlanan hesabat Fələstin və israillilərə təqdim olundu. Hesabatda zorakılıq hallarının bitirilməsi, yeni yəhudi yaşayış massivləri tikintisi layihəsinin dondurulması və sülh görüşlərinin yenidən başladılması tövsiyyə edildi.

13 İyun 2001: Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) sədri Corc Tenetin vasitəçiliyi ilə tərəflər atəşkəs elan etdi, amma bu da nəticəsiz qaldı.

26 Mart 2002: 2-ci “İntifada”nın başlamasından etibarən keçən 18 aylıq vaxt ərzində baş vermiş insidentlərdə Fələstin tərəfdən 1238, İsrail tərəfdən 366 olmaqla 1604 nəfər öldü.

28 Mart 2002: Beyrutda keirilən Ərəb Birliyi sammitində Səudiyyə Ərəbistanı vəliəhdi şahzadə Abdullah yeni “Ərəb-İsrail” sülh planını təqdim etti. Plana görə, paytaxtı Qüds olan Fələstin dövləti tanınmalı, qaçqınların sahib olduğu hüquqları qaytarılmalı, bunun əvəzində İsrail və ərəb ölkələri arasındakı münasibətlər normal hala gətirilməli idi.

29 Mart 2002: İsrail, Fələstin lideri Ərəfatın qərargahının olduğu Rəmallaha daxil oldu və Fələstinə aid inzibati binaları mühasirəyə aldı. Ərafatın qərargahı tank atəşinə məruz qaldı. İsrail Nazirlər Kabineti Ərafatı düşmən elan etti və Fələstin lideri qərargahında mühasirəyə alındı.

Aprel 2003: Ərafat bəzi səlahiyyətlər verərək Mahmud Abbası baş nazir təyin etti. Təhlükəsizlik qüvvələrinə nəzarəti ələ ala bilməyən Abbas istefa verdi.

4 İyun 2003: Corc Buş, Ariel Şaron və Mahmud Abbas yeni sülh planını müzakirə etmək üçün İordaniyada keçirilən sammitdə iştirak etti.

29 İyun 2003: Radikal dinçi qruplaşmalar müvəqqəti atəşkəs elan etti. İsrail Qəzza Zolağından daha sonra da Beytullahimdən geri çəkildi.

10 Sentyabr 2003: Fələstin parlamentinin spikeri Əhməd Qurey baş nazir təyin olundu.
11 Sentyabr: İsrail Yasir Ərafatı öldürmək üçün prinsipial qərar qəbul etti.

8 Dekabr 2003: İsrailin tikdirdiyi təhükəsizlik divarının leqallığı məsələsi “Haaqa” məhkəməsində müzakirə olundu. Məhkəmə divarın beynəlxalq hüquqa zidd olduğunu bildirdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar