Fəlakətdən zərərçəkmiş əhali kompensasiya alacaq
22 May 2010 Şənbə 19:45
Hazırda sahibkarlıq subyektlərinə dəymiş ziyan da hesablanır.
Təbii fəlakətdən zərərçəkmiş əhali kompensasiya alacaq. Hazırda sahibkarlıq subyektlərinə dəymiş ziyan da hesablanır. Bunu İmişlidə yaradılmış qərargahda olan iqtisadi inkişaf naziri Şahin Mustafayev deyib.
“İqtisadi İnkişaf Nazirliyi müvafiq mütəxəssislərlə əraziyə gəlib, müvafiq tədbirlərin görülməsi üçün baxış keçiririk. Eyni zamanda qeyd etmək istəyirəm ki, iqtisadiyyat dedikdə, sahibkarlığa dəyən zərər nəzərdə tutulur. Sahibkarlığın inkişafı üçün burada həm güzəştli kreditlər, həm də digər formada yardımlar nəzərdə tutur. Biz bu haqda təkliflər hazırlayıb, təqdim edəcəyik”,- deyə iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: