Fəlakət bölgəsinə əlavə qüvvələr cəlb olunacaq
11 May 2010 Çərşənbə Axşamı 21:45
Daxili işlər və fövqəladə hallar nazirləri daşqın zonasına baxış keçiriblər.
Bu gün Prezident İlham Əliyevin təbii fəlakətlə bağlı keçirdiyi müşavirədən sonra daxili işlər naziri və fövqəladə hallar naziri bəndvurma ərazilərinə baxış keçirib. Daxili işlər nazirinin sözlərinə görə, hazırda suyun səviyyəsi artır və bunun qarşısının alınması üçün bəndin səviyyəsi də qaldırılır. Daxili Qoşunların 900 nəfər şəxsi heyəti, 500 nəfər isə polis əməkdaşı xilasetmə və bəndvurma işlərinə cəlb olunub. “Hazırda əraziyə Daxili Qoşunların əlavə qüvvələri gətirilir, hesab edirəm ki, fəlakət zonasına 500 nəfər də cəlb edilsə yetərli olacaq”,-deyə daxili işlər naziri bildirib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov isə prezidentin göstərişi əsasında bütün aidiyyatı qurumların iştirakı ilə vahid komissiya yaradılacağını bildirib. Həmin komissiyanın hazırlayacağı proqram əsasında həm Azərbaycan ərazisində olan su hövzələrinin idarə olunması, həm də fövqəladə hallar zamanı o suların axınının hansı istiqamtədə yönləndirilməsi, təhlükəlinin aradan qaldırılması məsələləri həll ediləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar