Fariz Bədəlovun snayperlə öldürülməsindən 2 il keçir
08 Mart 2013 Cümə 21:25
Ağdam rayonunun Orta Qərvənd kəndində erməni gülləsinə tuş gələn Farizi anıblar.
Bu gün Qarabağda bir ailənin faciəsindən iki il ötür. 2011-ci ilin bu tarixində Ermənistan ordusu snayperlə Ağdam rayonunun Orta Qərvənd kənd sakini, 8 yaşlı Fariz Bədəlovu başından vuraraq qətlə yetirib.

Hadisə balaca Fariz Novruz çərşənbəsi üçün tonqal qalamaq istəyərkən baş vermişdi. Bu gün kənddə onu anıblar.

Qeyd edək ki, Fariz Bədəlovun qətlindən sonra cəbhəyə yaxın olan ərazilərdə mülki əhalini qarşı tərəfin atəşindən qorunmaq üçün divarlar tikilməyə başladı.

Allah rəhmət eləsin!


DOSTLARINLA PAYLAŞ:

oyunlar