Faktiki və hüquqi vasitəçilərin Moskvada Qarabağ söhbəti
12 Yanvar 2010 Çərşənbə Axşamı 02:30
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan bu gün Moskvaya ikigünlük səfərə gedəcək
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan bu gün Moskvaya ikigünlük səfərə gedəcək. İkitərəfli iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunacağı səfər çərçivəsində iki ölkə arasında müttəfiqlik və əməkdaşlıq münasibətlərinin mehriban qonşuluq ənənələri əsasında inkişafı imkanları nəzərdən keçiriləcək. Səfər zamanı regional məsələlər və iqtisadi problemlər ətrafında da fikir mübadiləsi aparılacaq.
Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Dmitri Medvedevlə yanvarın 13-də görüşəcək. Bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.
“Haber Türk” qəzetinin məlumatına görə, Rəcəb Tayyip Ərdoğan Moskvada Dağlıq Qarabağ məsələsini də müzakirə edəcək. Onun Rusiya paytaxtındakı görüşlərində ATƏT-in Minsk qrupunun fəaliyyətinə yeni impulsun verilməsi, o cümlədən Kipr nizamlaması ətrafında fikir mübadiləsi aparılacaq. Bundan başqa, Türkiyə və Ermənistan arasında ötən ilin oktyabrında imzalanmış protokllara uyğun olaraq, münasibətlərin normallaşdırılması məsələsi də nəzərdə keçiriləcək.
Türkiyə KİV-nin yaydığı məlumata görə, Rəcəb Tayyip Ərdoğan Rusiyadan yan keçməklə inşa ediləcək “Nabucco” layihəsinə Rusiyanı da dəvət edəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: