Facebook insan üçün təhlükəlidir
09 Mart 2014 Bazar 18:24
Sosial şəbəkələrdən aktiv istifadə qida pozğunluğuna səbəb olur.
Sosial şəbəkələrdən aktiv istifadə insan sağlamlığı üçün təhlükəlidir. ANS PRESS-in məlumatına görə, amerikalı alimlər təsdiq ediblər ki, “Facebook” sosial şəbəkəsindən aktiv istifadə qida pozğunluğuna səbəb olur.
Alimlərin bununla bağlı araşdırmaları “International Journal of Eating Disorders” elmi jurnalında dərc edilib.
Alimlər bir neçə həftə ərzində tədqiqata cəlb olunmuş 960 qadını müşahidə edib, araşdırma aparıblar.
Müəyyən olunub ki, sosial şəbəkədə ən azı iki saat vaxt keçirən qadınlar tez-tez yeyir və artıq çəkidən əziyyət çəkirlər.
DOSTLARINLA PAYLAŞ: