Eurovision 2012" səhnəsinə qədim Qavaldaşı gətirildi
21 May 2012 Bazar Ertəsi 22:46
Bu gün müsabiqənin ilk yarımfinalında nümayiş olunacaq interval aktının məşqi keçirilib.
“Eurovision” Mahnı Müsabiqəsi 2012 səhnəsinə Azərbaycan musiqi mədəniyyətini simvolizə edən Qavaldaşı çıxarılıb. ANS PRESS-in eurovision.az saytına istinadən verdiyi xəbərə görə, bu gün “Eurovision 2012”nin ilk yarımfinalında nümayiş olunacaq interval aktının məşqi keçirilib.

Qeyd edək ki, mayın 22-də tamaşaçılar Azərbaycan mədəniyyətinin möhtəşəmliyinin şahidi olacaq. Bu şouda Azərbaycanın milli musiqi alətləri tar, balaban, nağaranın ifasındakı performans Avropa mediasının marağına səbəb olub.

Qədim Qavaldaşında "Natiq" Ritm Qrupunun bədii rəhbəri Natiq Şirinov ifa edib. Bu şouda Azərbaycan Dövlət Rəqs Ansamblının, eyni zamanda "Natiq" Ritm Qrupunun ifası yaddaqalan olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar