"Eurovision 2012"nin Mətbuat Mərkəzinin qarşısında kabab bişirilir.
“Eurovision 2012”də daha bir yenilik. ANS PRESS-in məlumatına görə, bu gündən Eurovision Mahnı Müsabiqəsi 2012-ni işıqlandıran jurnalistlərə və müsabiqənin fanatlarına milli mətbəximiz təqdim olunacaq.
Elə Mətbuat Mərkəzinin qarşısındaca təndir və manqallar qurulub. Burada hər gün qonaqlara açıq havada Azərbaycan milli mətbəxindən kabab, təndir çörəyi və qutablar təqdim olunacaq.