“Eurovision-2012”nin finalının tamaşaçıları üçün şərtlər açıqlanıb
26 May 2012 Şənbə 01:48
Biletləri və sənədləri uyğun gəlməyənlər “Baku Cristall Hall”a buraxılmayacaqlar.
“Eurovision” Mahnı Müsabiqəsi “Bakı-2012”nin İşçi Qrupu müsabiqənin finalını izləmək istəyənlərə müraciət edib. ANS PRESS-in məlumatına görə, İşçi Qrupu “Eurovision-2012” mahnı müsabiqəsinin final mərhələsinə “Baku Cristall Hall”da tamaşa edəcək şəxslərdən nömrələri əldə etdikləri biletlərin üzərində əks olunmuş şəxsiyyətlərini təsdiq edən sənədi özləri ilə götürməyi xahiş edir. Müvafiq sənədi olmayan və ya biletlərində əks olunmuş nömrələrin şəxsiyyəti təsdiq edən sənədlərin nömrələri ilə uyğun gəlməyən şəxslər “Baku Cristall Hall”a buraxılmayacaqlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar