“Eurovision-2012” müsabiqəsinin keçiriləcəyi “Baku Crystall Hall”ın tikinti işləri son mərhələyə d
23 Fevral 2012 Cümə Axşamı 12:42
Zalın yanında inşa olunan mətbuat mərkəzi 5000 m2 ərazini əhatə edəcək.
Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi ““Baku Crystall Hall”da tikinti işləri artıq son mərhələyə daxil olub. APA-nın eurovision.az saytına istinadən yaydığı xəbərə görə, hazırda zalın üzərində kristallar quraşdırılmaqdadır. ““Baku Crystall Hall””ın yaxınlığında isə müsabiqədə akkreditasiya olunmuş jurnalistlər üçün xüsusi Mətbuat Mərkəzi inşa olunur. Mətbuat Mərkəzi 5000 m2 ərazini əhatə edəcək. Hazırda mərkəzdə tikinti işləri sürətlə davam edir.
Qeyd edək ki, 57-ci “Eurovision” mahnı müsabiqəsinin yarımfinalları mayın 22 və 24-də, final mərhələsi isə mayın 26-da keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar