"Euronews” obyektivliyi qorumaq qərarına gəldi
11 Dekabr 2009 Cümə 11:40
"Euronews” telekanalı Qarabağ münaqişəsi nəticəsində zərərçəkmiş azərbaycamlıalrla bağlı reportaj hazırlayacaq
““Euronews” telekanalı dövrümüzün vacib hadisələrini işıqlandırmaqda hər zaman maraqlıdır və bu gün Dağlıq Qarabağ mövzusu da intensiv inkişaf edən hadisələrdən biridir”. Bu sözləri “Panarmenian” agentliyinə açıqlamasında “Euronews”un baş redaktoru Piter Barabas deyib.
"Biz diqqətimizi problemin tarixi aspektlərinə yetirmirik, bu tarixçilərin işifir. Bizim üçün Dağlıq Qarabağ problemində əsas məsələ münaqişə nəticəsində zərər çəkmiş insanlardır”, deyə Baranas əlavə edib.

Onun sözlərinə görə. “Euronews” bu yaxınlarda münaqişədən zərər çəkən ermənilər haqqında reportaj hazırlayıb, indi isə telekanal münaqişə nəticəsində zərərçəkmiş Azərbaycan tərəfinə diqqət yetirmək qərarna gəlib: “Azərbaycanlılar haqqında reportaj hazırlamaq ideyası bu yaxınlarda hazırlanmış reportajla bağlı Azərbaycandakı təşkilatlardan daxil olmuş çoxsaylı etirazlarla bağlı deyil. Hər iki reportaj bizim redaksiyanın rəhbər tutduğu prinsip və dəyərlərə əsaslanıb”.

Qeyd edək ki, bu gün Lion şəhərində "Euronews" telekanalının baş ofisinin qarşısında Fransada yaşayan azərbaycanlılar etiraz aksiyası keçirəcəklər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar