"Euronews" kanalının nümayəndələri İçəri Şəhərdə olublar
13 Yanvar 2011 Cümə Axşamı 17:20
Pyer Luici Malesani və Baş İcraçı direktoru Filip Kaylan təzə bişmiş təndir çörəyin dadına baxıblar.
Bakıda səfərdə olan "Euronews" kanalının nümayəndələri İçəri Şəhərlə olublar. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, kanalının Müşahidə Şurasının sədri Pyer Luici Malesani və Baş İcraçı direktoru Filip Kaylanın “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olub və Qoruq ərazisində gəziblər.
Kiçik Qala küçəsi ilə başlayan gəzinti zamanı qonaqlara arxitektur binalar və Dördbucaqlı Qala barədə məlumat verilib. Bildirilib ki, Dördbucaqlı Qala Bakının şimal tərəfdən müdafiəsini daha da möhkəmləndirmək, ərazini nəzarətdə saxlamaq və geniş əraziyə malik qaladan silah anbarı kimi istifadə etmək üçün tikilib.
Kiçik Qala küçəsində qonaqlar burada yerləşən təndirdə olub və təzə bişmiş çörəyin dadına baxıblar. Daha sonra ölkəmizin qədim iqtisadi əlaqələrinin mövcud olmasının göstəricisi olan Buxara karvansarasında olan qonaqlara məlumat verilib ki, karvansara ХV əsrin sоnundа İçərişəhərin ticаrət mаgistrаlının üzərində tikilib. Sıratağlı dini-memarlıq kompleksinin ərazisində təşkil edilmiş daş ekspozisiya qonaqların diqqətini cəlb edib.
Qonaqların İçəri Şəhərlə tanışlığı Bakı şəhərinin simvoluna çevrilmiş, dünya əhəmiyyətli abidə Qız Qalası ilə davam etdirilib. Sonda qonaqlar Məhəmməd Məscidi ilə tanış olub və burada beynəlxalq tələblərə uyğun aparılmış muzey-konservasiya işləri barədə məlumatlandırılıblar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: