Əsirlikdən qayıdan keçmiş əsgərimiz Rafiq Həsənova hökm oxunub
20 Avqust 2010 Cümə 18:30
Rafiq Həsənov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə erməni əsirliyində olmuş Azərbaycan ordusunun keçmiş əsgəri Rafiq Həsənova hökm oxunub. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə təqsirləndirilən Rafiq Rəhman oğlu Həsənovun cinayətinin sübuta yetirildiyi qənaətinə gəlib. Məhkəmənin hökmü ilə Rafiq Həsənov 13 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Azərbaycan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Rafiq Rəhman oğlu Həsənov 8 oktyabr 2008-ci il tarixdə Qazax rayonu ərazisində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb. R. Həsənov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsində göstərilən cinayət əməllərini həyata keçirib.

Bu ilin aprelin 7-də isə R. Həsənov Azərbaycana qaytarılıb. Proses Ermənistan-Azərbaycan sərhədinin Erasxavan (Arazdəyən) - Sədərək sahəsində baş tutub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar