Əsir düşmüş azərbaycanlı hərbçi ailəsinə məktub yazıb
31 Yanvar 2012 Çərşənbə Axşamı 17:00
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri erməni əsirliyində olan Məmmədbağır Axundzadəyə baş çəkib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Tərtər rayonu ərazisində əsir düşmüş Azərbaycan ordusunun əsgəri Məmmədbağır Talıb oğlu Axundzadəyə baş çəkiblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanova ANS PRESS-ə açıqlamasında bildirib ki, əsirə ailəsindən məktub gətirilib. M.Axundzadənin yazdığı məktub isə ailəsinə çatdırılıb.

M.Axundzadə hazırda Xankəndidə saxlanılır.

Xatırladaq ki, Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Məmmədbağır Talıb oğlu Axundzadə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb. Azərbaycan Müdafiə Nazirliyi hərbçinin ermənilər tərəfindən əsir götürülməsi faktını təsdiqləyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar