Əsgərlərimiz Hinaldağda ermənilərin iki postunu tutub
05 Avqust 2014 Çərşənbə Axşamı 16:23
Azərbaycan Ordusunun əsgərləri Daşkəsəndə Hinaldağda ermənilərin iki postunu tutub.
Azərbaycan Ordusunun əsgərləri Daşkəsəndə Hinaldağda ermənilərin iki postunu tutub. Bunu ANS PRESS-ə Daşkəsən rayonunun İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib.

Onun sözlərinə görə, təxminən 5-6 ay bundan əvvəl Kəlbəcərlə Daşkəsən arasında yerləşən Hinaldağda Azərbaycan və Ermənistan əsgərləri arasında şiddətli atışma olub. Atışmalar nəticəsində erməni əsgərləri postlarını tərk edərək qaçıblar.

Həmin iki postun Azərbaycan əsgərlərinin nəzarəti altında olduğunu deyən Əhəd Abıyev özünün dəfələrlə həmin postlara baş çəkdiyini deyib.

“Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərovla birlikdə bir neçə dəfə o postlara getmişik. Rövşən Əkbərov cəsarətli, peşəkar hərbçidir”, deyə Əhəd Abıyev bildirib.

İcra başçısı həmçinin bildirib ki, cəbhədəki son döyüşlərdən sonra Dəşkəsən əhalisi könüllü şəkildə orduya yazılmaq üçün müraciətlər edirlər.


Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov


Əhəd Abıyev


DOSTLARINLA PAYLAŞ:

oyunlar