Ermənistanda saxlanılan əsir və girovların vəziyyəti normaldır
27 Yanvar 2010 Çərşənbə 12:15
Bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri Tun Vaydenhov deyib
Ermənistanda saxlanılan əsir və girovların, o cümlədən girov götürülən Tovuz sakini Eldar Tağıyevin vəziyyəti normaldır.
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri mütəmadi olaraq onlara baş çəkir. Bunu təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri Tun Vaydenhov deyib. Onun sözlərinə görə, qurum azərbaycanlı hərbi əsirlərin taleyi ilə daima maraqlanır.

"Bizim təşkilat onlarla ailələri arasında əlaqə yaradır və qarşılıqlı şəkildə məktubları çatdırırıq. Müvafiq hakimiyyət orqanlarına onların saxlanma şəraiti ilə məlumat verilir", deyə T. Vaydenhov qeyd edib.

Onun sözlərinə görə, komitə istər Azərbaycan tərəfdən, istər digər tərəfdən əsir düşənlərin beynəlxalq hüquq qanunvericiliyinə əsasən normal şəraitdə saxlanmasını təmin edir.

"Bu məqsədlə də biz hərbi əsirlərin saxlanma şəraiti ilə bağlı pozuntular aşkar etdikdə müvafiq hakimiyyət orqanlarına məlumat veririk. Onların ailə ilə bağlı məlumatları isə yalnız ailələrinə çatdırılır", deyə T. Vaydenhov əlavə edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar