Ermənistanda olan hərbi əsir Azərbaycana təhvil verilib
07 Aprel 2010 Çərşənbə 12:30
Ermənistanda əsirlikdə olan Azərbaycan Ordusunun əsgəri Rafiq Rəhman oğlu Həsənov bu gün Azərbaycana qaytarılıb.
Proses Ermənistan-Azərbaycan sərhədinin Erasxavan-Sədərək sahəsində baş tutub.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Rafiq Rəhman oğlu Həsənov 8 oktyabr 2008-ci il tarixdə Qazax rayonu ərazisində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.
Hazırda Ermənistanda daha bir Azərbaycan hərbçisi 1990-cı il təvəllüdlü Anar Xanbaba oğlu Hacıyev əsir saxlanılır. A. Hacıyev Goranboy Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Ermənistan Silahlı Qüvvələri onu 2009-cu il mayın 10-da saat 9.45-də Füzuli istiqamətində əsir götürüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: