Ermənistana qarşı şikayətlərə Avropa Məhkəməsinin Böyük Palatasında baxılacaq
21 Dekabr 2009 Bazar Ertəsi 13:50
Bu barədə Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Cingiz Əsgərov məlumat verib.
Bu il ərzində Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanla bağlı 6 qərar çıxarılıb. Onlardan biri qüvvəyə minib, beş qərar isə gələn il qüvvəyə minəcək. ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Cingiz Əsgərov məlumat verib. Onun sözlərinə görə, Azərbaycana qarşı kəsilən cərimələrin ümumi məbləği isə 50-60 min avrodur.
Ç. Əsgərov bildirib ki, Avropa Məhkəməsindən əldə olunan qeyri-rəsmi məlumatlara əsasən Azərbaycandan quruma daxil olan şikayətlərin sayı azalıb. "Azərbaycandan məhkəməyə Avropa Konvensiyasında əks olunan bütün hüquqlarla bağlı şikayətlər olub. Konkret altı qərar isə Konvensiyanın 11-ci maddəsində nəzərdə tutulan birləşmə azadlığı, 6-cı maddədə nəzərdə tutulan ədalətli məhkəmə baxışı hüququ, 3-cü maddə üzrə işgəncə rəftarına məruz qalma hüququ və digər məsələlərlə bağlıdır.
Azərbaycandan olan məcburi köçkünlərin Ermənistana qarşı şikayətlərinə isə Avropa Məhkəməsinin Palatasında baxılıb. Ç. Əsgərovun sözlərinə görə, oalata qərara gəlib ki, məsələyə Böyük Palatada baxılmalıdır. "Bu işə 17 hakimdən ibarət palatada baxılacaq. Bu işlə bağlı məhkəmə iclası keçiriləcək. Yəqin ki, proses gələn ilin sonuna kimi olacaq”, deyə Ç. Əsgərov qeyd edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: