Ermənistan xarici təhlükədən qorxur
23 Fevral 2010 Çərşənbə Axşamı 21:20
Rəsmi İrəvan KTMT ölkələrinin hesabına təhlükəsizliyini gücləndirmək niyyətindədir
Ermənistan parlamenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı nəzdində Çevik Qüvvələrin qurulmasını təsdiq edib. Sənədin qəbulunun müzakirələrində Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Armen Rustamyan bu qüvvələrin respublikanın təhlükəsizliyini qüvvətləndirəcəyini söyləyib. Komissiya rəhbərinin sözlərinə görə, kollektiv qüvvələr ölkənin təcavüzkarların hücumlarından müdafiəsini artıracaq. Parlamentari xarici təhlükə dedikdə, Azərbaycanı xatırladıb.
Qeyd edək ki, Çevik Qüvvələrin qurulması haqqında müqavilə 2009-cu ildə imzalanıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeddi üzvündən beşi həmin qərara imza atıb. Müqaviləni Özbəkistan və Belarus təsdiqləməyib. Lakin Belarusun prezidenti Aleksandr Lukaşenko artıq müqaviləni imzalamağa razılaşıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: