Ermənistan vətəndaşları Azərbaycan tərəfə keçib
18 Mart 2013 Bazar Ertəsi 18:00
Durmuş Karyan və Anahid Arakelyan təmas xəttininin Qazax rayonu istiqamətində saxlanılıb.
Həftəsonu Ermənistan iki vətəndaşı Azərbaycan tərəfə keçib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, martın 16-da Ermənistanın Noyemberyan rayonu Dovex kənd sakini Karyan Durmuş Sarkisoviç saat 16.50-də, martın 17-də isə İcevan rayonu Ayqovid kənd sakini Arakelyan Anahid Hamazasovna saat 16.20-də təmas xəttininin Qazax rayonu istiqamətində Azərbaycan tərəfə keçərkən Silahlı Qüvvələri tərəfindən saxlanılıblar.
Ermənilərin hansı səbəbdən təmas xəttini pozmaları araşdırılır. Hazırda onlar Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının ixtiyarına veriliblər.
DOSTLARINLA PAYLAŞ: