Ermənistan vətəndaşı ailəsi ilə birlikdə Azərbaycana keçib
11 Yanvar 2010 Bazar Ertəsi 16:45
Yanvarın 10-da axşam Ermənistan vətəndaşı, 1958-ci il təvəllüdlü Yeğişe Petrosoviç Gevorkyan içində həyat yoldaşı və azyaşlı (3, 6 və 7 yaşlı) uşaqlarının da olduğu avtomobillə Azərbaycan ərazisinə daxil olub.
APA-nın “Panarmenian”a istinadən verdiyi məlumata görə, Ermənistan Müdafiə Nazirliyi olayla bağlı rəsmi açıqlama yayıb. Nazirlikdən bildiriblər ki, Y. Gevorkyan Ermənistan sərhədçilərinin xəbərdarlıqlarına məhəl qoymayıb və sərhəd maneələrini aşaraq Yerasx rayonu istiqamətindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə girib. Azərbaycan əsgərlərinin xəbərdarlıq atəşi açdığı xəbər verilir. Erməni tərəfi beynəlxalq humanitar təşkilatların hadisə haqda məlumatlandırıldığını açıqlayıb.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bu barədə onlara hər hansı informasiya daxil olmadığını deyiblər.

Qeyd edək ki, Y. Gevorkyan quldurluq, avtomobil oğurluğu və digər cinayətlərə görə 8 dəfə məhkum olunub. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar