Ermənistan Türkiyəyə dəstək verməyəcək
16 Fevral 2011 Çərşənbə 06:43
Türkiyə prezidenti bu məqsədlə Ermənistan prezidentinə məktub yazaraq ondan dəstək tələb etmişdi
“Rəsmi İrəvan ATƏT-in baş katibliyi üçün namizədliyini irəli sürən türk namizədə dəstək verməyəcək”. “News.am” saytının yaydığı məlumata görə, bunu Ermənistan Xarici işlər nazirliyinin mətbuat sözçüsü Tiqran Balayan deyib.
“Habertürk” saytının yaydığı məlumata görə, Türkiyə prezidenti Abdullah Gül bu məqsədlə Ermənistan prezidenti Serj Sarkisyana məktub yazaraq ondan dəstək tələb etmişdi. Qeyd edək ki, məktub Türkiyənin baş katibliyə namizədi səfir Ersin Erçin vasitəsilə mart ayında erməni prezidentinə təqdim edilməliydi.
Xatırladaq ki, ATƏT-in baş katibliyi postu üçün daha 3 nəfər namizədliyini irəli sürüb. Onlar Avstriyanın sabiq xarici işlər naziri Ursula Plassnik, portuqaliyalı keçmiş parlamenmtari Joao Soareş və UNMİK-in (BMT Kosovo Missiyası) sabiq sədri italyan Lamberto Zannedir. 35 ölkəni əhatə edən seçki kampaniyasına fevralın 14-də start verilib.
DOSTLARINLA PAYLAŞ: