Ermənistan tərəfi yalan məlumat yayır
04 İyun 2012 Bazar Ertəsi 18:48
Eldar Sabiroğlu: “Belə yanlış və yayındırıcı məlumatların dövriyyəyə buraxılmasının özəl səbəbi var”.
Ermənistan tərəfi Azərbaycan qoşunları ilə təmas xəttində erməni hərbçilərinin həlak olması haqqında yalan məlumat yayıb. Bunu ANS PRESS-ə açıqlamasında Ermənistan Ordusunun 3 əsgərinin öldürülməsi ilə bağlı məlumatı şərh edən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu deyib: “Azərbaycan Müdafiə Nazirliyi qoşunların təmas xəttində silahlı insident nəticəsində erməni hərbçilərinin həlak olması haqqında Ermənistan KİV-nin məlumatını təkzib edir. Belə yanlış və yayındırıcı məlumatların dövriyyəyə buraxılmasının özəl səbəbi var. Ermənistanın daxilində baş qaldıran siyasi çəkişmələr və qrup maraqları ordunun içərisinə də yol taparaq silahlı münaqişələrə rəvac verir.
Növbəti insidentin də bununla bağlı olması qənaətindəyik”.

Ermənistanın "Tert.am" saytının yaydığı məlumatda iddia edilirdi ki, Azərbaycanın Ordusunun həyata keçirdiyi qabaqlayıcı tədbir nəticəsində ermənilərin 3 hərbçisi ölüb, 5-i yaralanıb. Ermənistan mətbuatının yaydığı məlumata görə, öldürülən əsgərlərin adları Qraç Sarkisyan, Zoqrab Balabekyan, Karen Davtyandır. Ermənistan mətbuatının məlumarına görə, hadisə yerinə bu ölkənin hərbi prokuroru yollanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar