Ermənistan təcrid olunmuş vəziyyətdə qalmalıdır
21 Noyabr 2010 Bazar 06:55
“Stratfor" Analitik Mərkəzinin prezidenti Ermənistan üçün Azərbaycanı küdürməyi məntiqsizlik kimi qiymətləndirib
“Ermənistanın xətrinə Azərbaycanı küsdürmənin mənası yoxdur”. Bunu ABŞ-ın “Stratfor" Qlobal Analitik Mərkəzinin prezidenti Corc Fridman Türkiyədə iştirak etdiyi dəyirmi masada deyib.
Qeyd edək ki, Fridman Türkiyə, Moldova, Rumınya, Ukrayna və Polşanı əhatə edən qeyri-rəsmi səfər çərçivəsində Türkiyənin “Sabah” qəzeti və “ATV” telekanalının redaktorları ilə görüşüb.
Səfərin tərkibindən və hədəflərindən danışan Fridman Türkiyə ilə ABŞ arasındakı münasibətlərin inkişafı üçün də fikir mübadiləsi aparıb. Türkiyənin gələcəyin super dövləti olacağını deyən Fridman ölkənin hal-hazırkı vəziyyətini 1920 – 40-cı illərin Amerikası ilə müqayisə edib.
Türkiyənin Ermənistanla münasibətlərindən də danışan Corc Fridman sərhəddin açılmasının Türkiyənin yox, İrəvanın mənfəətinə olduğunu deyib: “Ermənistanla əsas müzakirə mövzusu Dağlıq Qarabağ yox, ölkədəki rusların azaldılması olmalıdır. Sərhəddinizdə rus hərbçilərinin olması sizin mənfəətinizə deyil. Qafqaz regionunda Rusiyaya qarşı bufer-zona yaradılmalıdır. Sərhəddin açılması Türkiyənin yox, İrəvanın xeyrinədir. Ermənistan üçün Azərbaycanı küsdürmənin məntiqi yoxdur. Qoy Ermənistan orda təcrid olunmuş vəziyyətdə qalsın”.
DOSTLARINLA PAYLAŞ: