Ermənistan savaş istəyir?
04 Avqust 2014 Bazar Ertəsi 11:44
Ermənistan genişmiqyaslı müharibə istəyirsə, onu da alacaq.
Son günlərdə Dağlıq Qarabağda Azərbaycan və Ermənistan ordularının təmas xəttində vəziyyət kəskin gərginləşib. Bu gün çox sayda ekspertlər və politoloqlar hərbi gərginliyin artmasının səbəbini müəyyən etməyə çalışırlar.

Mənim fikrimcə, bu, ilk öncə Ermənistan iqtisadiyyatının vəziyyətinin pisləşməsi bağlıdır. Çünki döyüş əməliyyatları gedən zaman hakimiyyətin müxalifəti, həmçinin elektrik enercisi tariflərinin qalxmasından və bunun nəticəsində ən vacib istehlak mallarının qiymətinin kəskin bahalaşmasından narazı xalqı sakitləşdirmək asandır.

"Azərbaycanlılar az qala İrəvanı tutmaq ərəfəsindədir, siz isə öz qarnınızın hayındadsınız. Hər şeyi yaddan çıxaraq. Biz bir və həmrəy olmalıyıq".

Bu barədə bu günlərdə Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bildirib, uydurduğu Azərbaycan təcavüzü qarşısında hakimiyyətlə müxalifəti birləşdirməyə cəhd edib.
Keçmiş yaraqlı Serc Sarkisyan öz cinayətkar təcrübəsinə əsaslanaraq yeni strategiya ilə silahlanıb. Onun əmri ilə atəşlərin, təxribatların sayı kəskin artıb, diversiyada və hətta partlayışlarda günahlandırılan mülki şəxslərin həbslərinə başlanılıb. Amma bundan sonra Azərbaycan prezidenti bütün dünyaya bağırır ki, bizi məhv etməyə çalışırlar, Bakı hər gün milyon dəfə atəşkəs recimini pozur.

Əlbəttə ki, bu cür vəziyyət bütün dünyada böyük narahatlıq doğurur. Beynəlxalq ictimai təşkilatlarla yanaşı bütün ölkələrin liderləri atəşin dərhal dayandırılmasına və dinc danışıqlara başlamağa çağırırlar. Bu zaman unudurlar ki, atəş və qətllər məhz Azərbaycan ərazisində gedir.

Serc Sarkisyan isə bütün dünya ictimaiyyətinə müraciət edərək bəyan edir ki, o, sülh göyərçinidir və 20% ərazisini işğal etdikləri Azərbaycanla əbədi sülh sazişini elə bu gün bağlamağa hazırdır.

Sülh danışıqlarının davam etdirilməsinə təkid edən beynəlxalq ictimaiyyət burada ciddi səhvə yol verir, bununla danışıqlar 50 il, 100 il davam edə bilər. Erməni siyasətçiləri, əlbəttə, belə vəziyyət razı salır. Onlar ümid edirlər ki, hər şey nə vaxtsa sona çatacaq. Fikir verin ki, Ukraynada hadisələr baş verən zaman ABŞ və Avropa Birliyi necə dərhal reaksiya verdi. Rusiyaya qarşı yetərincə ciddi iqtisadi sanksiyalar tətbiq edilir, çünki bu ölkə separatçıları silah və mütəxəssislərlə təmin edir. Ermənistan ordusu Azərbaycan ərazilərinə soxulan zaman bu sanksiyalar niyə tətbiq edilmədi? Sübutlar yetərincədir.

Bundan başqa, BMT Təhlükəsizlik Şurasının atəşin dərhal dayandırılmasını və işğal edilmiş ərazilərin azad edilməsini tələb edən 4 qətnaməsinə fikir verən olmadı, bu beynəxalq təşkilatın nüfuzuna ciddi zərbə vurdu. Niyə onda Ermənistana qarşı sanksiyalar tətbiq edilmədi, bu qudurğan ölkəni ədalətli sülhə bu gün də məcbur etmək mümkündür.

Təbii ki, həmin vaxt bir çox ölkələrə bu, əlverişli idi. Onların əsas məqsədi şər imperiyası saydıqları Sovet İttifaqını dağıtmaq idi. Amma niyə bunun əvəzini Azərbaycan ödəməlidir.

Adamda elə qənaət yaranır ki, bir sıra dövlətlərdə erməni diasporu bu ölkələrin hökumətlərindən daha güclüdür. Başqa versiya da var ki, Qərb elə də İslamı sevmir və ona inanmır.

Danışıqların davam edilməsi üçün bizə və İrəvana edilən çağırışlar sadəcə müvəqqəti tədbirlərdir.
Bütün dünya yığılmalıdır və birdəfəlik bu problemi həll etməlidir, oğurlanmış və qarət edilmiş hər şey qaytarılmalıdır. Yoxsa münaqişələr davam edəcək və müharibəyə çevrilə bilər. Boş danışıqların vaxtı keçdi.

Əgər Ermənistan genişmiqyaslı müharibə istəyirsə, onu da alacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar